Telefon yoxsa Tablet?
Məndə köhnə bir Android telefon var, batareyası çox zeifleyib amma birtəhər idare edir. Normalda iPhone 17 almağı planlaşdırırdım, amma indi ağlıma planşet almaq fikri düşüb.
Hazırda universitetə hazırlaşıram və rəsm çəkməyi çox sevirəm (peşəkar deyiləm, öz-özümə qara qələmlə nələrsə qaralayıram). Bu baxımdan planşet həm dərs, həm də rəsm üçün axlıma yatan bir fikir oldu. Digər tərəfdən isə, bəzi şəxsi işlərimi yoluna qoymaq və sosial mediada kontent hazırlamaya başlamaq istəyirəm. Bunun üçün de yaxşı bir telefonun şərt olduğunu düşünürəm.
Mənim vəziyyətimdə hansı variant daha məntiqlidir?
Posted Jun 23, 2026, 10:16 AM UTC