Mənə nə məsləhət görə bilərsiniz? :)

Söhbət | Discussion

27 yaşım var. 4 ildir ki sığorta sektorunda çalışıram, paraleldə doktoranturada təhsil alıram (ölkədə, universitetde part time muellimlik edirem. Sığorta sektorunda işim satışdır, amma çoxdandır ki bu sahədən çıxmaq istəyirəm. Amma heç cürə alınmır. Özüm hər tərəfli insanam, indiyə qədər internetdə az-çox gəlir gətirən layihələrim olub.

- məktəbi rusca, bakalavr, magistr ingilisce tehsil almışam. Dil biliklərim yaxşıdır

- rusdilli segmentdə futbol haqqında teleqram kanalim var, ayda reklamdan gəlir olur, az olsa da köməyi dəyir

- github.com/Aprilarius/ boş vaxtlarımda privacy-first software düzəltmək ilə məşğulam

- hoi4, mnb Warband, rome total war üçün böyük həcmdə modlar düzəltmişəm, hələ AI erasına qədər

- tryhackme de imtahan verib sec0, sec1 sertifikatlari elde etdim, comptia core a+ yaxinlarda almaq istəyirəm

Problem: heç harda iş tapa bilmirəm. İndiki işimdə 2 ildir ki juniordan yuxarı qalxa bilmirem. Gündə cv atmadığım yer qalmır, amma heç reject belə gəlmir. Cvni elə bil ki görmürlər. Ats friendly, 2 səhifəlik resume'dir. Bunun səbəbini işçi bazarının dolu olması deyə bilərsiniz, amma 0 feedback olacaq qədər də yoxda. Xaricdəki dostlarım mənim biliklərim və gördüyüm işi eşidəndə mən bir sual verirlər ki "Sən qulsan?"...Nə edəcəyimi bilmirəm. Hələlik planımda Avropada yeniden master oxuyub dönmekdir, belke onda diploma baxıb deyer veren oldu. Amma hele de emin deyilem, problem mendedir, yoxsa mende deyil

Posted Sep 8, 2026, 11:44 AM UTC

107
Loading comments…